MƏŞHUR FUTBOLÇU O KOMANDA İLƏ
Azərbaycan mediyasında Qurban Qurbanovun transfer xəbərlərini aşıb həqiqi xəbəri görmək istəyirəm, amma başqa futbolçular və məşqçilər çıxır qarşıma. Xarici şou-biznes və maqazin məşhurları bizim xəbər mediyasını da işğal edib. Bu ölkənin özünə inam hissinə nə oldu deyə çox maraqlıdır mənə. Qərbə şirin görünmə həvəsindən də bir əsrdir qurtula bilmədik. Gündəmi təqib etmək istəyənlər də ölkənin multik vəziyyətinə şərik olur. Təbii ki bu axmaq, absurd və gülünc xəbərlərin populyar olmasından qaynaqlanır. Yəni xalq dediyimiz kütlə bunu tələb etdiyi üçün mediya da bunları bizə kanalizasiya poxu kimi pompalayır. ( şəkil 1 )
BU BƏNZƏRLİK DƏ TƏƏCCÜBLƏNDİRİR
Qərbin hər hansısa bir mediya orqanında adımız çıxsa qürur hissi keçirərək elə bir havalara giririk ki görən də zənn edəcək ki Məşədi ibad ölüb Gülnaz başqasına qaçıb. Türklərin sözü olmasın aşağılıq kompleksimiz hələ də sona çatmayıb niyəsə. Sırağa günü Venesuela idi, yoxsa Paraqvay idi tam xatırlamıram Əli Həsənovun müsahibəsi getmişdi. Pəhhhh gəl görəsən, bütün mediya popalayırdı bu xəbəri. Görünən odur ki bu temple bu kompleksdən də qurtula bilməyəcik. Sanki başqa işimiz yoxdur. Xüsusilə qərbə, hökümətə yaltaqlanan mediyaya baxanda adam iyrənir artıq. Qafqaz adını verdikləri bu coğrafiyada yaxşı əməlləri ilə yox məhz ikiüzlülükləri ilə bilinən Qərbin, ABŞ-ın və Rusiyanın nəyinə yaltaqlandığımızı da başa düşmürəm.
O MƏŞHUR ELƏ BİR ŞEY ELƏDİ Kİ...
Mediyada qarşıma gerçək xəbərlər çıxanda yeni ata olmuş kimi sevinirəm. Gerçək xəbərlərdən başqa hər şey var. Bilməyə ehtiyacımız olan şeylər, gələcəyimiz və inkişafımızın sübutu olan şeyləri tapa bilməzsən. İnkişafımızı, işsizliyi, korrupsiyanı və özbaşınalığı göstərən bir dənə belə olsa göstərən və yaxud şərh edən kanal yoxdur. Bilməmizin vacib olduğu şeyləri bilmədiyimiz halda, lazımsız məlumatlarla bombalanırıq. Çünki gələcəyimiz ilə maraqlanmaq əvəzinə günü qurtarmaq həvəsindəyik. Məsələn qərbdən əxlaqi dəyərləri tez özümüzə götürdük, əyani sübutu göz qabağındadır. Xəbərçilik və mediya anlayışında isə ancaq xalqı yatızdıran şeyləri özümüzə mənimsədik.
CANLI YAYINDA ŞOK
Yolda gedərkən divardakı posterdə bir xanım gördüm və yanımdakı dostuma bunu hardan tanıyıram deyə soruşdum? Mənə "məşhur reper ilə evlənəcək, hər yerdə onlar var" dedi. Maqazin və şou-bizneslə əlaqəsi olmayan mən bunu hardan tanıyırdım? Maraqlanmadığım halda belə necə beynimdəki usb flash-də yer tutur. Xəbərlərdən xoşun gəlmirsə aç başqa bir saytı və yaxud kanalı deyirlər çox vaxt, ancaq elə bir imkanımız yoxdur. Əlimizdəki imkanlar bizi ancaq bu məcralarda dolandırıb geri gətirir. Necəki bunlarla maraqlanmasaq belə gözümüzə soxurlar.
BUNU EDƏNLƏR YANDI
Bu cür xəbərlər və uyuşdurucu mediya da bizim öz ehtiyacılarımıza görə yox, yanlış avropalaşma anlayışı ilə meydana gəlir. Qərb öz xalqını uyuşdurur, biz də bunu yaxşı bir şey zənn edib olduğu kimi alırıq. Hə bu arada onu da deyim ki biz bunu təzəlikcə etmirik. Bütün dünyada özünü təsdiqləmiş bir davranış modeliv ar, ancaq çox ölkə bunu tərk etdi. Qatilinə aşiq olmağı mərifət saymırlar. Hələ də bu sevda da olan ölkələr Orta Şərq adı ilə birləşdirildi və qatilləri tərəfindən anba - an qurban edilir. Başqalarına yaxşın görünməyi tərk edib, yararlı olmaya və yararlı şeylər oxumağa başlamalıyıq. Yoxsa əmin olun sabahımız olmayacaq.
BÜTÜN DÜNYA ONDAN DANIŞIR
Bu hissəni də özünüz doldurun. Zibil kimi material var ölkənin mediasında.
Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/az%c9%99rbaycan-mediyasi/