Şiəlik və etnik məsələlər

in #steemix6 years ago

Şiəlik və etnik məsələlərlə əlaqəsi həmişə maraqlı gəlib. Təsadüfən 19-cu əsr İraqın şiə üləması haqqında oxudum.

Nəcəfdə etnik fərqlər barizmiş. Hətta Kəşmir şiələriylə, Hindistan şiələri bir-birindən ayrı yaşayırmış.

İraq şiələrinin arasında türkləri qoruyub müdafiə edən üləmalar da olub. Nəslin əsasını qoyan Mirzə Məhəmməd İrəvani 1820-ci ildə İrəvandan Nəcəfə gəlib.

Molla Məhəmməd İrəvani Nəcəfdə sırf türklər üçün 1884-cü ildə Mehdi İrəvaninin maliyyə yardımı ilə mədrəsə açıbmış, çünki türk tələbələr farslar tərəfindən diskriminasiyaya məruz qaldıqlarından şikayətlənirmiş. Özü sonrakı il vəfat edib. İrəvani mədrəsəsi 1991-ci ildə Səddam Hüseyn tərəfindən dağıdılıb. Bu arada, Nəcəfdə sırf bakılılar üçün 1907-ci ildə açılmış "Mədrəsət əl-Badkubei" mədrəsəsi də vardı.

Hətta şiələri birləşdirən güc sayılan Aşura mərasimləri belə Nəcəfdə [fars səyyah Hacı Pirzadə Naininin Səfərnamədəki qeydlərinə görə] hər etnik qrupun rövzəxanı öz dilində, başqalarından ayrı halda keçirirmiş. Bu Aşura mərasimləri Məscid əl-Türk adının verildiyi İrəvani ailəsinin məscidi idi.

İrəvanilərin qohumu olan, Azərbaycan türklərindən Məhəmməd Həsən Mamaqaninin (1822-1905) tələbələri ondan tələb ediblər ki, gələn yardımları paylayarkən türkləri üstün tutsun, çünki əsas nəzir göndərənlər elə türklərmiş. Arqument olaraq isə fars və ərəb müctəhidlərin nəzirləri ancaq öz millətlərindən olan üzvlərə verdiyini göstərirdilər. Məməqani isə bunun şəriətə uyğun olmadığını deyib, etiraz edib. [Bu haqda oğlu Abdullah Mamaqani 1926-cı ildə yazıb]

İnsanlar öz regionlarından olan üləmaların yanına getməyə üstünlük verirdilər. Kərbəlada buna görə türklər və ərəblər az idi, çünki şəhər demək olar ki, farsların əlindəydi. Statistikaya görə Kərbələda cəmi 13 nəfər azərbaycanlı üləma olub. Müqayisə üçün deyim ki, farslar 115 nəfər idi. Məhz İraq dövlətinin qurulmasından sonra azərbaycanlı şiələr Nəcəfdən Quma yönlənib.

Ümumiyyətlə millətçiliyin bir ideologiya kimi regiona gəlməsindən öncə də diskriminasiyanın olduğu görünür. Diskriminasiya təkcə türklərə qarşı deyildi, məsələn Seyyid Dildar Əli Nəsirabadi hindistandan olduğuna görə onun dərslərinə gedən demək olar ki, olmurdu.

Sort:  

Congratulations @vasifalibeyli! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 2000 upvotes. Your next target is to reach 3000 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Support SteemitBoard's project! Vote for its witness and get one more award!