Steemit və Steemix.netdə ilk hekayə ilə.

in #steemix6 years ago (edited)

Steemit və Steemix.netə Azərbaycandan qoşuldum. Özümü anlatmağa, yazılarımı bu sosial platformada paylaşmaq, sizlər üçün təqdim etməkdən məmnun olacağımı bilirəm.Məni bura ilə Rəvan tanış etdi.( @revan746 )
Unutmuşdum deyim ki, arada-sırada şeir yazmağı, hekayə uydurmağı sevirəm. Azərbaycanın ən böyük şairi mənəm, iddia edirəm, məndən böyük şair tapsaz, gətirin şeirlərimi yandırım. Boyum 1.90sm-dən yuxarıdır. Özümə uğurlar arzulayıram.

Hekayə...

Mən hər şeydən imtina edib öz hücrəmə çəkilmişdim. Nə darıxırdım, nə ağrıyırdım. Bədənim cansız əşya kimi idi: soyuq, hərəkətsiz.
Divarların soyuqluğuna oxşayırdım. Divarlaşmışdım!
Ən çox divara yaxın olduğumdan bəlkə də divarlaşmışdım..

Arada radioda mahnı dinləyirdim. Musiqi səsi sükuta oxşayır. Gəl ki, bu sükutu da pozan mərdiməzar olur : 106 fm deyir kimsə. Əsəbiləşib radionu söndürürəm.
Yenə də divarlar...

Xaric səslər əsəblərimə toxunur!

Cansız əşya olmaqdan bezib ayağa qalxdım. Çox hərəkətsiz qaldığıma görə yerimə qabliyyətimi itirmişdim. Ayaqlarımın əllərindən tutub, hərəkətə gətirdim. Yeriməyə çalışdım. Həyətə çıxdım, bu proses elə də çox zamanımı almadı, on beş dəqiqəyə öyrəndim yeriməyi. Öyrətdim yeriməyi ayaqlarıma.
Çıxdım küçəyə. Hamı kimi olmağa can atdım. O qədər söz susmuşdum, ilk gördüyüm adamla xeyli danışmaq istədim. Dua edirdim qarşıma hamıdan biri çıxsın, doyunca danışım.
Salam qonşu demək istədim, dilim söz tutmadı. Əllərimi təslim olan əsgər kimi havaya qaldırdım. O salam bilib, salam dedi.
Mən də üç dəfə arda arda salam dedim. Dilimin keyi açılırdı deyəsən..

-haralardasan? Nə vaxtdı görünmürsən?
-mən? Heç. Evdə!

Bir az danışdıq. Havadan, sudan. Gözəl idi. Danışa bildiyimi görüb uşaq kimi sevinirdim.
-qonşu, bilməzsən, sabah hava necə olacaq?
-gün batan çağı, buludlu hava olmursa, üfüqdə günəşin izi görünürsə, sabah günəş doğacaq:-dedi.
Heç mənə hava necə olacaq sualını vermək lazım deyildi, sadəcə danışmaq üçün mövzu axtırırdım.

-hə, günəşli olsa yaxşıdı, sabah şəhərə getmək istəyirəm!
-nə məsələdi?! Son vaxtlar tez-tez şəhərə gedirsən.
-heç... Arada getmək lazımdır.
Gülürük!

Və birdən gördüm, mən gülə də bilirəm.!

Yavaş-yavaş hamılaşıram. Divar olmaqdan qurtuluram.
Siqaret çəkmək istəmirəm, amma qonşumun əlini geri qaytarmadım. Çəkdim. Susadım. Çaya dəvət etdi. İçdik.

-bilirsən bu quraqlıq çox fəsadlar törədəcək. Ziyanverici həşaratlar çoxalacaq. Taxıl zəmilərini məhv edəcək. Aclıq olacaq. Mal-qara da korluq çəkəcək. Qırılacaq kasıb-kusub.
Kədərli-kədərli güldük.

Mən mövuya müdaxilə etmirəm. Çünki mənə az fərq edir mövzu. Sadəcə danışım. Susmaqdan yorulmuşam.

-onda deyirsən qar-yağış olmasa, vəziyyət çətin olacaq?
-hə!
-nə deyim vallah. Mənim əlimdən gəlsə qar olub yağaram. İnsanlar cəhənnəm, mal-qara qırılmasın.
Güldük!

Sağollaşdıq. Evə gəlmək istəməsəm də, gəldim!
Xeyli vaxtdır söndürdüyüm mobil telefonumu açdım. Heç kəsin yadına düşmədiyimi görüb kədərləndim. Və birdən anladım, hamıdan özüm imtina etmişəm. Sosial şəbəkədən uzun müddət istifadə edib, sonra imtina etmişdim. Yenidən bir plan qurub, istifadə etmək qərarına gəldim. Tanımadığım insanlarla ünsiyyət qurum. Heç onlar da məni tanımırlar. Maraqlı olacaq, hamının biri olacağam!
Axı o, nə bilir mən şairəm, xüsusi istedadım var?
Başladım birinə, ikisinə dostluq sorğusu göndərdim. Ünsiyyət qurdum. Danışdıq. Yavaş-yavaş alışırdım yaşamağa.

Sonra birdən nə oldusa...!

Yenə də hücrəmdəyəm. Yenə də hamıdan imtina etmək istəyirəm. Yenə də şeir yazmaq istəyirəm..

Alınmadı. Alınmadı ilahi
alınmadı insan olmaq,
ayaqlar da bədənimi saxlamır
qollarım da təkan vermir
uçub gələm yanına.

Səhər başqa, gecə başqa
kədər verir, ilahi
Zövq alırsan buludlardan
yer üzünə baxmağa...
Mən nərdivan düzəldirəm bayaqdan
ki, sabahdan sənə tərəf çıxmağa..

Eh sən də ki, ən uzağda yaxınım
bəyənirdin gözlərimi, saçımı...
İndi görsən o gözləri qorxarsan
indi görsən o saçları qorxarsan!

Ən yaxşısı yaxın gəlmə, donarsan!
Xeyir gəlməz divarlaşan adamdan!

Sort:  

Salam , şair. Nə xoş təsadüf😊

Şairin ən uğurlu şeiri "salam, şair, necəsən?" olub, şair də qyıdıb ki, bilmirəm))

Bir zamanlar yazardın soruşardın, min il qabaq))

Welcome bahruz!
eSteem is the application that improves your experience here. We have Mobile application for Android and iOS users. We also have developed Surfer Desktop application that helps you to gain new followers and stay connected with your friends, unique features - notifications, bookmarks, favorites, drafts, and more.
We reward our users with encouragement upvotes as well as monthly giveaways rewarding Spotlight top users and active Discord users.
Learn more: https://esteem.app
Join our discord: https://discord.gg/8eHupPq

Welcome to Steem bahruz! Partiko is officially the fastest and most popular mobile app for Steem. Unlike other Steem apps, we take 0% cut of your earnings! You can also be rewarded with Partiko Points while using Partiko and exchange Partiko Points for upvotes!

Partiko for Android can be downloaded here on Google Play and the iOS version is available here on the App Store.

If you have more questions, feel free to join our Discord channel and ask @crypto.talk, we're always here to help!

Thank you so much for your interest!

Şair, aramıza xoş gəldin :)

Hoşgeldin.Başarılar dilerim.

Xoş gəldiniz. Uğurlar. İnanıram burda divarı sınıracaqsınız. 👍😉

Congratulations @bahruz! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 10 upvotes. Your next target is to reach 50 upvotes.
You published your First Post
You got a First Vote
You received more than 100 upvotes. Your next target is to reach 250 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

To support your work, I also upvoted your post!

Do not miss the last post from @steemitboard:

Meet the Steemians Contest - The results, the winners and the prizes
Meet the Steemians Contest - Special attendees revealed
Meet the Steemians Contest - Intermediate results

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

Welcome to steemit @bahruz.

Welcome the new steemians. Have a great day!

Congratulations @bahruz ! You received a 20% upvote from @kryptoniabot & @kryptonia for your task of 910 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.