Hərdən darıxır insan

in #kryptonia5 years ago

Darıxıram bəzən. Amma bu darıxmaq o darıxmaqdan deyil. Məsum gülümsəmə ilə birgə darıxmaqdı bu. Ürəyin kəpənək kimi pır-pır edərək darıxmasını necə izah edə bilərəm ki? Bunu ən yaxşı, ən gözəl şəkildə darıxmağı bacaranlar anlaya bilər. Darıxmağım üçün çox, çox səbəb var bəlkə də...
IMG_20190624_020915_802.jpg
Birgəlik o vaxtı daha gözəl idi. Paylaşmağı ən gözəl şəkildə o zamanlar bacarırdıq. Gülümsəmək, xoşbəxt olmaq səbəbsiz idi, sərhədsiz idi, sərbəst idi, mühakiməsiz idi... O zamanlar suallar bitib tükənmirdi, cavab almaq istədiyimiz bütün sualları verməkdən çəkinmirdik. O vaxtlar qorxutmurdu cavablar... Ürəkdən gələn nəyisə etmək üçün saatlarla, günlərlə düşünmək lazım gəlmirdi. İstəyirdik və edirdik. Etdiklərimizin nəticəsi əvvəlcədən narahat etmirdi bizi. Çünki ağıl ilə ürəyin savaşı o vaxtlar yox idi. Ağılda, ürəkdə hər ikisi eyni zamanda həm döyünə, həmdə düşünə bilirdi.
IMG_20190421_154943.jpg
O vaxtı onların da bir-birinə hörməti var idi: ikisidə eyni anda qərar verirdilər. Hörmət demişkən. Artıq hörmətin o vaxtlar heç bir ziyanı yox idi. Əksik hörmətində həmçinin. Ölçü vahidlərindən, tərəzidən istifadə etmirdik. Hər şeyin dəyəri eyni idi o vaxtlar : hər şey çox dəyərli idi. Heç kim o dəyərdən məhrum qalmırdı, məhrum etmirdik. Çünki o vaxtlar hər kəs dəyərdi buna.
IMG_20190708_123726.jpg
Sevinmək, sevindirmək, sevmək üçün bədəl ödəmirdik; Peşmançılıq adında bir şeyin mövcudluğundan xəbərimiz belə yox idi; Dərs almaq ancaq məktəbdə olurdu; Ağlamaq yalnız yıxılan zaman mümkün ola bilərdi; İncitmək əlimizdən gəlməzdi; Bacara bilməzdik.
Gözəl şeylər olurdu həmişə; Gözəl arzulamağı bacarırdıq o vaxtlar. Şübhəsiz ki bir şeyi istədiyimiz hər şeydən daha çox, israrla istəmişik. Dedim axı gözəl arzulamağı bacarırqdıq. Ona görə də bu istək çox tez reallaşdı: Böyüdük... Gözümüzün altına düşən kirpikdən arzularımızın gerçək olmasını istəyəcək qədər məsum bir şəkildə böyüyən uşaqlar olaraq çox şanslıyıq bəlkə də...♡

Sort:  

"Böyüdük... Gözümüzün altına düşən kirpikdən arzularımızın gerçək olmasını istəyəcək qədər məsum bir şəkildə böyüyən uşaqlar olaraq çox şanslıyıq bəlkə də.." Görən də deyər, Səmədin 50 yaşı var, sən nə yatdın ki, nə yuxu görəsən?

Congratulations @revan746 ! You received upvote from @kryptoniabot & @kryptonia for your task of 17.51 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Ehhh, siz nə bilirsizki.
Belə bir yazını Nürəngiz müəlliməyə atmışdım o vaxt, demişdiki sənin qəlbin qocadır. Buda onun gibi...

Adam haqlı. :)

Posted using Partiko Android

Congratulations @revan746 ! You received upvote from @kryptoniabot & @kryptonia for your task of 15.45 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Congratulations @samedli ! You received upvote from @kryptoniabot & @kryptonia for your task of 16.48 SUP Today.